Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2015

ABŞ yenə özünə haqq qazandırdı: “Günahkar...”

Əfqanıstandakı Sərhədsiz Həkimlər Təşkilatının hospitalını əfqan hərbçilərin xahişi əsasında vurmuşuq.

Bunu Əfqanıstandakı ABŞ qoşunlarının rəhbəri general Con Kempbel jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, burada əsas məqsəd əfqan döyüşçülərini mühasirədən çıxarmaq olub:

“Əfqanlar bizdən taliblərə aviazərbələr endirməyimizi istədilər. Biz isə bunu etdik və nəticədə təsadüfən bir neçə insan həyatını itirdi”.

Kempbel bundan sonra geniş açıqlama verməkdən imtina edib. O, yaxın bir neçə gündən sonra hadisə ilə bağlı hesabatın hazır olacağını bildirib.

Qeyd edək ki, ABŞ ordusunun Əfqanıstanın Kunduz vilayətinə endirdiyi aviazərbələr nəticəsində Sərhədsiz Həkimlər Təşkilatının hospitalı məhv edilib. Nəticədə 22 nəfər dinc sakin həlak olub./axar/
449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı