Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2015

BMT-də milyonluq rüşvət qalmaqalı – Pan Gi Mun şokda

BMT Baş Assambleyasının 68-ci sessiyasının rəhbəri, hazırda qurumun Antigua-Barbuda ada dövlətində daimi nümayəndəsi Con Willam Eş Nyu-Yorkda rüşvət ittihamı ilə həbs olunub.

 Eş 1 milyon 300 min dollar rüşvət almaqda ittiham olunur.

Con Eş çinli iş adamı Enq Lap Senqadan 500 min dollar rüşvət alaraq Makaodakı konfrans mərkəzinin inşası üçün məhz onun layihəsinin qalib olmasını təmin edib. BMT baş katibini razı salandan sonra iş adamının milyardlıq layihəsi qəbul olunub.

Çin biznesinin ABŞ-da lobbiçiliyini aparmaq müqabilində isə Eş daha 800 min dollar rüşvət alıb.
Çinli iş adamı Enq Lap Senqa və onun köməkçisi Ceff İn bu ilin sentyabrında həbs olunmuşdu.

Korrupsiya qalmaqalında Dominikan Respublikasının BMT-dəki səfirinin keçmiş müavini Fransis Lorentsonun, həmçinin Nyu-Yorkdakı qeyri-kommersiya qurumunun baş direktoru Şivey Yan və maliyyə direktoru Heydi Qonq Pyaonun da adı keçir.

BMT-də söz sahibi olan Con Eşin həbsi qurumda şok yaradıb. Onun Çinin əmlak şirkətlərindən illər uzunu rüşvət aldığı barədə də iddialar var.

Eş çevrəsindəki nüfuzlu şəxslərdən istifadə edərək bu şirkətlərin müxtəlif ölkələrdə sifarişlər almasını təmin edirmiş. Aldığı rüşvətlərin müqabilində Eş Nyu-Yorkdakı evində basketbol meydançası qurub, çoxsaylı səyahətlərə çıxıb.

BMT baş katibi Pan Gi Mun baş verənlərdən şoka düşdüyünü və sarsıldığını bildirib.
534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07: