Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2015

İŞİD-dən qaçan qadından dəhşətli sözlər

Şərti adları Büşra və Nur olan gənc qadınların danışdıqları insanları dəhşətə gətirib.

Seks köləsinə çevrilən iki yezidi gənc qadın İŞİD-dən qaçmağı bacarıb.

Onlar seks kölələrinin satıldığı bazarda satıldıqdan sonra yaşadıqları ağrı dolu günləri ictimailəşdiriblər.

Terror təşkilatından qaçmaqla qurtulan qadınlardan biri “seks köləsi” kimi həyat yaşadığını bildirib. Qadın onu satın alan şəxsin iki gün sonra ona təcavüz etməyə başladığını deyib:

“Satıldıqdan iki gün sonra cinsi təcavüzə uğradım. Məni pul ilə alan şəxs mənə kağız üzərində bir yazı göstərdi. Orada “Səninlə 10 İŞİD üzvü cinsi əlaqəyə girdikdən sonra müsəlman olacaqsan”, - qeydi var idi. Bunun ardınca isə 11 nəfər mənə təcavüz etdi”.

Yezidi qadın seks kölələrinin satıldığı bazarda bir nəfər hamilə qadının da olduğunu deyib:

“Bazardakı hamilə qadını bir nəfər gəlib apardı. Bir qədər sonra isə o, qan içində geri gətirildi. O da yezidi qadınlardan idi. Onun danışmağa belə halı yox idi. İŞİD-in ginekoloqları bunun ardınca qadının hamiləliyini vəhşi bir şəkildə sona yetirdi”./axar/
515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...