Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2015

Bakıda Baker çörəyindən milçək çıxdı - Foto

Bakıda əl dəymədən hazırlanan çörəyin içindən milçək çıxıb.

Bu barədə bir müştəri sosial şəbəkədə məlumat və foto paylaşıb. O, qeyd edib ki, Vaqa Baker MMC-nin (“Baker” çörək zavodu)  istehsal etdiyi çörəyi yeyən zaman içində ölü milçək olduğunu görüb.  

Müştəri Vaqa Baker MMC ilə əlaqə saxlayaraq çörəkdən milçək çıxdığını deyib, iradını bildirib. Şirkət sözçüsü isə müştəridən üzr istəyib.

Xatırladaq ki, bu, Vaqa Baker MMC-nin çörəkləri ilə bağlı ilk problem deyil. Bundan öncə də sözügedən MMC-nin çörəyindən şayba çıxmışdı./axar/



460 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber