Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2015

Misirdə təkgözlü uçaq doğuldu

Alnının ortasında böyük bir gözlə və burunsuz anadan olan körpənin faciəvi şəklini çoxsaylı internet istifadəçiləri böyük ürək ağrısı ilə qarşılayıblar

Həkimlərin fikrincə, bu uşaq siklopiyadan (təpəgözlük) əziyyət çəkir. Həmin xəstəlik zamanı göz almacıqları tamamilə, ya da qismən üzün orta xətti üzrə bir göz orbitində yerləşir. Bu uşağın göz nayihəsi hələ ana bətnindəykən düzgün formalaşmayıb.

Siklopiya hamiləliyin erkən mərhələlərində körpənin beyni və gözləri inkişaf edəndə baş verir. Adətən, "sikloplarda" burun olmur və bu, doğulan həmin körpədə də eynilə belədir. Burun əvəzinə göz altında tənəffüs funksiyalarını həyata keçirən xortumabənzər əzələ olur. Belə xəstələrdə bir çox digər qüsurlar da müşahidə olunur.

Uşağın anası körpəni Misirin şimalında əl-Senbellaveyn şəhərindəki xəstəxanalardan birində dünyaya gətirdiyi bildirilir.

Həkimlər hesab edirlər ki, bu deformasiyaya körpənin anasının dərman qəbul etməsi və ya radiasiyanın təsir etməsi səbəb ola bilər.

Uşağın sağlamlığını müşahidə edən həkim Əhməd Badrudin uşağın doğulanda artıq başında saçının, böyük qulaqlarının və eləcə də bədəninin bir çox digər yerlərində deformasiyaların olduğunu bildirib. Ə.Badrudin hesab edir ki, bir çox qüsurların olması səbəbindən körpə daha bir neçə gün yaşayacaq. Uşağın valideynləri artıq internet vasitəsilə bütün dünyadan başsağlıqlarını qəbul edir./publika/
519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı