Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2015

Suriya ordusu terrorçuların mövqelərinə miqyaslı hücuma keçib

Suriya ordusu terrorçuların mövqelərinə miqyaslı hücuma keçib.

SalamNews xəbər verir ki, hərbi əməliyyatların eksklüziv kadrlarını “Zvezda” müxbiri ön cəbhədən təqdim edib.

Suriyada hökumət qüvvələrinin yolunu Rusiya döyüş aviasiyasının zərbələri təmizləyib.

Bəşər Əsədin ordusu sutka ərzində Həma şəhərindən 70 kilometr şimala irəliləməyə müvəffəq olub. Ordu bir neçə yaşayış məntəqəsini azad edib və düşməni strateji vacib hündürlüklərdən çıxarıb.

Xalq özünümüdafiə dəstələrinin yardımı ilə ön cəbhədəki hissələr hazırda “Cəbhət ən-Nusra” və “Əhrar-uş-Nusra” terror qruplaşmalarının möhkəmləndiyi əl-Latamna şəhərinə hücum edir.

Şiddətli döyüşlərdə terrorçular qüvvələrini İdlib əyalətinin cənub rayonlarına çəkir və Türkiyə sərhədinə doğru qaçırlar.

Bildirək ki, həftə ərzində Rusiya təyyarələri İŞİD terror təşkilatının 112 obyektinə zərbə endirib.


642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber