Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

53 yaşlı kişi bizləndi

Ötən gecə paytaxtda 3 qanlı hadisə baş verib. Hadisələrdən birində naməlum şəxs Qaradağ sakininə kəsici deşici alətlə 20-yə yaxın xəsarət yetirib. 53 yaşlı Rəfail Rəhmanova yaşadığı evin qarşısında kəsici deşici alətlə çox saylı zərbələr endirənlər hadisə yerindən qaçıblar. Yaralı dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər Rəfail Rəhmanovda 20-yə yaxın kəsilmiş-deşilmiş yara aşkarlayıblar.

Həkim onu da əlavə edib ki, bizlə yetirilən xəsarət bıçaq yarasından da ağır olur. Rəfail Rəhmanov polisə bildirib ki, axşam evində yemək yeyən zaman tanımadığı şəxs onu evindən çağırıb. O, çölə çıxanda naməlum şəxs bizlə ona xəsarətlər yetirib. Polis cinayət alətinə görə, hadisəni törədən şəxsin əvvəllər məhkumluq həyatı yaşadığını ehtimal edir. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır./apa/
508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16,