Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

Avro-2016 uğrunda 9-cu turun ilk oyunları başa çatıb

Almaniya səfərdə İrlandiyaya uduzub - 0:1.

Bu qələbə sayəsində xalını 18-ə çatdıran İrlandiya Avropa çempionatının final mərhələsinə birbaşa iştirak şansını saxlayır. Şotlandiya evdə Polşa ilə 2:2 bərabərə qalıb. Gürcüstan isə evdə Cəbəllütariqi 4:0 hesabı ilə məğlub edib.

Şimali İrlandiya öz meydanında Yunanıstana 3:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.

Rumıniya Finlandiyanın müqavimətini qıra bilməyib - 1:1. Macarıstan isə öz meydanında Farer adalarını 2:1 hesabı ilə məğlub edib.

Danimarka Portuqaliyanın, Serbiya Albaniyanın qonağı olub. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Portuqaliya Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Albaniya yığması isə evdə Serbiyaya 0:2 hesabı ilə uduzmaqla final mərhələsinə getmək ümidini son tura saxlayıb.
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP