Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

Xəzərdan atılan raketlərin İrana düşməsi xəbəri yalan çıxdı

Rusiyanın Xəzər hövzəsindən Suriyada İŞİD hədəflərini vurmaq üçün atdığı raketlərin İran ərazisində parçalanması barədə yayılan məlumatlar doğru deyil.

Bu barədə “Sputnik” agentliyinə İran Müdafiə Nazirliyinin rəsmisi deyib.

Nazirlik rəsmisi yayılan xəbərlərin Qərbin təbliğat savaşının bir parçası olduğunu bildirib.

Qeyd edək ki, ötən gün CNN kanalı Rusiyanın Xəzərdən Suriyada İŞİD hədəflərini vurmaq üçün atdığı raketlərin İran ərazisində parçalanması barədə məlumat yayıb.

Rusiya oktyabrın 7-də Xəzər Hərbi Donanmasından Suriyada İŞİD hədəflərini Kalibra 3M14 raketləri ilə vurub.
411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP