Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

Qubaya sulu qar, Qusara qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 8-i gündüzdən 9-u səhərədək müşahidə olunmuş faktiki hava barədə açıqlama yayıb.

Departamentdən Publika.az-a verilən məlumata görə, ölkə ərazisində oktyabrın 8-i gündüzdən 9-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Qubanın dağlıq ərazilərində sulu qar, Qusarın Ləzədə kəndinə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Havanın temperaturu oktyabrın 8-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq