Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

İran səfirliyindən deputat Rəfael Hüseynova sərt təpki

Rəfail Hüseynov “525” qəzetində nəşr edilən məqaləsində İran ərazisi barədə iddialar irəli sürüb ki, bu da İran tərəfinin narazılığını səbəb olub

İran səfirliyi deputat Rəfael Hüseynovun qonşu ölkənin ərazi bütövlüyü barədə fikirlərini sərt şəkildə tənqid edib.

İnterAz-ın “İsna” agentliyinə istinadla verdiyi xəbərə görə, İranın Bakıdakı səfirliyinin mətbuat şöbəsinin müdiri Ayətullahi deputat Rəfael Hüseynovun qonşu ölkənin ərazi bütövlüyü barədə fikirlərini gülünc sayıb. Seyyid Məhəmməd Ayətullahi bu kimi münasibətlərin iki ölkə əlaqələrinə və münasibətlərinə zidd olduğunu bəyan edib.

O, deyib: "İran ölkəsinin ərazisinə qarşı əsassız fikirləri olan insanlar gərək Səddam Hüseynin taleyindən və başına gələnlərdən dərs alsınlar."

Bildirək ki, Azərbaycan Milli Məclisinin deputatı Rəfael Hüseynov “525” qəzetində nəşr edilən məqaləsində İran ərazisi barədə iddialar irəli sürüb ki, bu da İran tərəfinin narazılığını səbəb olub.
1642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı