Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

Depardye: ABŞ-ın təcavüzkar mədəniyyəti var

Jerard Depardye Avropanın xarici siyasətindəki uğursuzluğun ABŞ-ın səhvi ilə əlaqəli olduğunu deyib.

Məşhur aktyor verdiyi açıqlamada “Avropalılar ABŞ-ı dinləməsəydi, daha xoşbəxt olardıq”, - deyə bildirib. Bundan başqa, o, ABŞ-ın xarici siyasətini və kino sahəsini tənqid edib:

“Əvvəl öz içlərində döyüşüb yerli əhalini məhv etdilər, daha sonra köləlik rejimi gəldi. Ardınca vətəndaş müharibəsi… İlk dəfə atom bombasından istifadə edən də ABŞ olub. Mən bu səbəbdən rusiyalı olmağı seçdim”.

Heç vaxt ABŞ vətəndaşı olmaq istəmədiyini deyən aktyor “ABŞ vətəndaşı olmaq ağlımdan belə keçmir. Onların təcavüzkar mədəniyyəti var. Mən hətta ABŞ filmlərini də sevmirəm”, - deyə fikirlərini tamamlayıb./axar/
466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...