Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

Rus təyyarələri ABŞ-ın F16-larını geri qaytardı

ABŞ Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri ilk dəfə Suriyanın hava sahəsində Rusiya tərəfindən geri çevrilib.

Türkiyədə yerləşən İncirlik bazasında qalxan iki ABŞ təyyarəsi İŞID-in mərkəzi sayılan Raqqa yaxınlığındakı hədəfləri vurmağa yollanıb.

Amma bir rus təyyarəsi ilə qarşılaşan F16-lar ara məsafəsini qorumaq istəsə də rus təyyarəsi yolundan dönməyib.

ABŞ təyyarələri Rusiyaya aid təyyarə ilə qarşılaşmamaq üçün marşrutlarını dəyişmək məcburiyyətində qalıblar və bundan sonra F16-ların döyüş tapşırığı ləğv olunub.

ABŞ rəsmiləri Rusiyanın Suriyada əməliyyatlara başlamasından sonra ABŞ ordusunun pilotlarına rus təyyarələri ilə aralarında ara məsafəsi saxlamaq əmr olunduğunu bildirib.
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...