Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

ABŞ Suriyadan çəkilir

Barak Obama administrasiyası Suriyada müxaliflər üçün nəzərdə tutulan 500 milyon dollarlıq təlim-tədris və hərbi təchizat proqramını ləğv edib.

Bu barədə “Nyu York Tayms” qəzetinə adını açıqlamayan Pentaqon rəsmisi deyib.

Mənbənin sözlərinə görə, artıq proqramın uğursuzluğa düçar olduğu qəbul edilib. Pentaqonun bu gün rəsmi məlumat yayacağı bildirilir.

Pentaqon rəsmisi artıq müxaliflərə İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də təlim keçilməyəcəyi, bunun əvəzinə isə Türkiyədə daha kiçik mərkəzlərdə hava hücumlarının tədris ediləcəyini açıqlayıb.

Qeyd edək ki, bir neçə gün öncə Suriya müxalifətinin rəsmiləri İŞİD-ə qarşı Bəşər Əsədlə birlikdə döyüşməyə hazır olduqlarını bildiriblər./axar/
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP