Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

10 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 10-da Abşeron yarımadasında gündüz xəzri küləyinin güclənməsi bəzi meteohəsas insanlarda narahatlıq yaratsa da, oktyabrın 11-12-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...