Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2015

Dindarların seçkini boykot mövqeyi iqtidarı narahat edib

Hakimiyyət QMİ-nin nəzarətində olan dindarları təbliğata cəlb edib

Nüfuzlu dindarların iqtidarın seçki oyununa yox demələri hakimiyyətdə ciddi narahatlığa səbəb olub. Xatırladaq ki, bir neçə gün əvvəl Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, Içərişəhər “Cümə” məscdinin imam-camaatı Ilqar Ibrahimoğlu qarşıdan gələn seçkiyə qatılmağın heç bir mənasının olmadığını demişdi.

haciilqar2

Ilqar Ibrahimoğlu “Yeni Müsavat”a müsahibəsində bildirmişdi ki, onlar nə seçkiyə qatılacaqlar, nə də hər hansı namizədi dəstəkləyəcəklər.

tale-bagirzade-azadliqda1

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə də “Azadlıq”a bildirmişdi ki, Azərbaycanda hazırda seçki ab-havası yoxdur.”Hazırkı durumda xalqın ciddi sosial-iqtisadi problemlərinin qaldığı, haqq mübarizəsi apardıqlarına görə həbs edilən siyasi məhbusların olduğu bir vəziyyətdə təşkilatımızın Idarə Heyəti də seçkiyə qatılmamağı, heç kimin namizədliyini dəstəkləməməyi düşünür. Bu qərarı bir neçə günə elan edəcəyik. Bizim də seçkiylə bağlı mövqeyimiz boykotdur”, – deyə Tale Bağırzadə vurğulamışdı.

mesedinatiq

Nardaran Ağsaqqallar Şurasının sədri, Islam Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Kərimov seçki ab-havasının olmadığı prosesə qatılmağın yalnız görüntüyə xidmət etdiyini bildirmişdi.

Azərbaycanda inanclı insanların sayı əhəmiyyətli dərəcədə çoxdur. Onların seçkini boykot etməsi hakimiyyətə ciddi zərbə ola bilər. Bu baxımdan da nüfuzlu dindarların boykot mövqeyi hakimiyyəti qarşılıqlı tədbirlər görməyə məcbur edib. Iqtidar Qafqaz Müsəlmanları Idarəsinin (QMI) nəzarətində olan dindarları efirə çıxararaq onların vasitəsilə inanclı kəsimi parlament seçkilərini boykotdan çəkindirməyə çalışır./azadlıq/



409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber