Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Suriyada hökumət ordusu Yəbrud rayonunu ələ keçirmək üçün hücuma keçib

Suriyada hökumət ordusu ən-Nəbikdən sonra əl-Qələmun yüksəkliklərindəki sonuncu rayonu - Yəbrudu ələ keçirmək üçün hücuma keçib.

SalamNews-un əl-Mənar telekanalına istinadla verdiyi xəbərə görə, ordu şəhərdəki müxalifət silahlılarının mövqelərini hədəfə alıb.

Qarşıdurmalar ölkənin digər əyalətlərində də baş verib. Hazırda Hələbin Kuveyris hərbi hava limanı ətrafında şiddətli döyüşlərin getdiyi bildirilir. Ər-Riqqənin ət-Təbəqə hərbi hava limanı ərazisində də toqquşmalar səngiməyib.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupunun məlumatında ötən günün qarşıdurmalarında 158 nəfərin həlak olduğu deyilir.
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber