Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2015

​Suriya ordusu Əl-Baxsa şəhərini terrorçulardan azad edib

Suriya qoşunları Rusiya aviasiyasının dəstəyi ilə Əl-Baxsa şəhərini terrorçulardan azad edib.
"Report" "Rusnovosti"yə istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun siyasi idarə rəisi general Samir Süleyman məlumat verib.
Əl-Baxsa Rusiyanın zərbə aviasiyası qruplaşmasının yerləşdiyi Latakiyadan təqribən 100 km. cənub-şərqdə yerləşir. Şəhər avqustun əvvəlində "Əl-Qaidə"nin Suriya qanadı olan "Cəbhat ən-Nüsra" terrorçuları tərəfindən ələ keçirilmişdi.
Rusiya sentyabrın 30-dan etibarən Suriya prezidenti Bəşər Əsədin xahişi ilə sözügedən ölkədə fəaliyyət göstərən İŞİD terror qruplaşmasının mövqelərinə havadan zərbələr endirməyə başlayıb.
Bu müddət ərzində qruplaşmanın təqribən 300 terrorçusu, təlim düşərgələri, komanda məntəqələri, silah-sursat anbarları və digər obyektləri məhv edilib.
703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP