Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Penitensiar Xidmət Abgül Süleymanovla bağlı müraciətə cavab verməyib

Həbsdə olan ruhani Abgül Süleymanovun səhhətində problemlər qalır. Məhbusun vəkili Zaman Səmədov “Media forum” saytına deyib ki, 7 dekabr görüşündə ruhani səhhətindən ciddi narazılıq edib: “Qanun yol verir ki, məhkum öz hesabına kənardan həkim cəlb etsin, ona baxış keçirilsin. Biz Penitensiar Xidmətin rəhbərliyinə müraciətdə bildirmişik ki, öz hesabımıza kənardan həkim gətirtmək istəyirik. Amma bu günə qədər bizə hər hansı cavab verilməyib”.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. O, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
1810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP