Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2015

Ərəbistan Amerikanı Rusiyanın kölgəsindən çıxarır?

Amerikanın National Interest jurnalında amerikalı siyasi, təhlükəsizlik və müdafiə eksperti olan Ceyms Farvil və Corc Bininin birlikdə qələmə aldığı məqalədə deyilir: Suriyada sülhün tam bərqərar olması xəritəsində Riyazla əməkdaşlıq diplomatik yolları Moskvadan Vaşinqtona dəyişə bilər.

Nur-az.com-un əl-Aləmə istinadlı məlumatına əsasən, Rusiyanın hava zərbələri suriyalı "etirazçıları" dağıtmaqda müvəffəq olsa, region oyunçuları Moskvaya sülhün yaranmasında nüfuz sahibi kimi baxacaqlar. Bu da, Amerikanın Rusiyanı Ukrayna və digər regionlardakı fəaliyyətlərinə görə təcrid etmək fəaliyyətini iflic edəcək. Lakin Rusiyanın Suriyadakı əməliyyatları məğlub olsa və Bəşər Əsəd devrilsə, Suriyada yarancaq boşluğu İraq və Şamda İSRAİL Dövləti (İŞİD) və başqa radikal (terrorçu) təşkilatlar dolduracaqlar.
Bu iki amerikalı ekspertin fikrincə, bu dalandan çıxış yolu Suriyada siyasi həll yolunda addımları sürətləndirmək, sığınacaq istəyən qaçqınların köçünün dayandırılması və Vaşinqtonun regionda rəhbərlik rolunun yenidən dirçəldilməsi ilə olacaqdır. Lakin "sülhü" əldə etməyin açarı Səudiyyə Ərəbistanının əlindədir.

Səudiyyə Ərəbistanının qarşısında iki yol var; Biri "suriyalı" müxaliflərə dəstəyi artırmaq və ikincisi sülhə çalışmaq. Birinci yol Rusiya ilə hərbi qarşıdurma ehtimalını gücləndirir və Səudiyyə Ərəbistanına hakim olan ailənin özünü də təhdid edən ifratçıların xeyrinədir. Lakin Rusiya ilə razılığa gəlmək barədə dialoq da Moskvanın regiondakı nüfuzunu artırmağa səbəb olacaqdır. Bunun da Səudiyyə Ərəbistanına proqnoz edilməsi mümkün olmayan fəsadları olacaq.
Səudiyyə Ərəbistanı iki seçimdən birini etməklə - suriyalı "mülayim" müxalifət qüvvələrinə maddi dəstəyi artırmaq və ya kəsməklə onları sazişə razı sala bilər.
506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber