Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2015

Obama: Suriyaya hücum Putinin rəhbərliyinin zəifliyini göstərir

Suriyada terrorçulara təlim keçmək məqsədilə 500 milyon dollarlıq proqramını ləğv edən və rusların ağır bombardmanını tərifləyən Suriya xəbərlərini görən ABŞ prezidenti Barak Obama SBS kanalına müsahibəsində deyir ki: Rusiyanın Suriyadakı hücumları Vladimir Putinin rəhbərliyinin sona çatmasının göstəricisidir.

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, Obama sözünün davamında Rusiyanın hücumlarını naümidlikdən qayanaqlanan hərəkət və Bəşər Əsəd hakimiyyətinin uzadılması üçün bir addım olduğunu bildirib.
O deyib: Suriya Rusiyanın regiondakı yeganə müttəfiqi idi. Bu gün isə, rusların Suriyaya kömək etmək üçün hesab aparmalarından və bu ölkədəki qədim bazalarını qorumalarından çox, Putin öz əsgərləri və ordusunu öz yeganə müttəfiqinin ilmələrini qorumağa ayırıb.
Obama Rusiyanın geniş miqyaslı bombardmanlarının Amerikanın zərərinə olması və Vaşinqtonun Suriyadakı rəhbərlik rolunu puç etdiyini sayan ekspertlərin də təhlillərini rədd etdi.
Obama adını çəkmədən Putinə xitab edərək dedi: Sizə deyim. Əgər hərbi qüvvə göndərməklə özünüzün yeganə müttəfiqinizi gücləndirməyi düşünürsünüzsə, rəhbərliyi səhv tərif etmisiniz.
462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17