Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2015

Rusiya Amerika və İngiltərənin hava hücumlarını dayandırılması təklifini rədd edib!

Nur-az.com shia-news.com-a istinadən:
Bu gün Londonda Amerika və İngiltərənin müdafiə nazirlərinin son bəyanatlarından sonra Rusiya prezidentliyi mətbuat katibi Dmitri Peskov mətbuat konfransında bildirib ki, hələlik bir qayda olaraq hava hücumları davam edəcək və Suriya ilə də, bu əməkdaşlığımız ikitərəfli razılıq üzrədir. Odur ki, Rusiya qoşunları heç bir quru və yer əməliyyatlarına qoşulmayacaq və belə bir plan da, nəzərdə tutulmayıb. Həmçinin ölkəmizin miqyasını və qoşunlarımızın təlim-məşq səthini nəzərə alaraq bu hava əməliyyatları ölkə və müdafiə nazirliyinin büdcəsinə elə də, artıq xərc gətirmir...
Suriyanın ərazilərindəki İŞİD-in hərbi düşərgə və mövqelərinə edilən bu hava hücumları 11 gün əvvəl birbaşa prezident Bəşşar Əsədin Moskvadan tələbi ilə başlanıb. İndiyədək edilən bu hücumların nəticəsində İŞİD və digər terrorist qruplarına mənsub 162-yə yaxın nöqtə – hərbi qərargahlar, silah-sursat anbarları, yanacaq və təchiz obyektləri, təlim-məşq düşərgələri məhv edilib. Həmçinin Xəzər dənizindən 26 ədəd Kruz raketi təyin olunmuş məntəqələrə endirilib. Bu əməliyyatlar həm terrorist qruplarını, həm də, onların hamilərini ciddi təşvişə salıb. Odur ki, dünən cümə günü Londonda Amerika və İngiltərənin müdafiə nazirləri Rusiyanın birtərəfli mövqeyini tənqid edərək Suriyadakı böhranı daha da, ağırlaşdıracağını qeyd ediblər. Onlar bu müzakirədən sonra mətbuat konfransında bildiriblər ki, Rusiya İŞİD-i əzməkdən çox Bəşşar Əsədin yerini möhkəmləndirmək qəsdindədir.
455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...