Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2015

11 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarmadasında havanın tutulub açılacağı gözlənilir, gündüz yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarmadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.
476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB