Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

Rusiya Suriyada hava hücumu kampaniyasını genişləndirib

Rusiya son bir gün ərzində Suriyada İŞİD yaraqlılarına qarşı hava hücumu kampaniyasını genişləndirdiyini bəyan edib.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, son 24 saat ərzində Rusiya hərbi təyyarələri 55 hədəfi vurub.
General-mayor İqor Konaşenkov bildirib ki, hədəflərə Suriyanın Rəqqa, Həma, Dəməşq və Hələb vilayətlərində təlim bazaları, silah cəbbəxanaları və nəzarət mərkəzləri daxil olub./KIV/
408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 18:54