Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

Sumqayıtda taxta bazarı yandı

Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 500 kv.m olan taxta satışı bazarının ərazisində 200 kv.m sahəyə yığılmış 80 kub.m taxta materialları yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber