Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

"Havada bir qolun uçduğunu gördüm" - Millət vəkilləri faciədən danışdı

Türkiyədə partlayış baş verən zaman HDP kortejində Ankara millət vəkili Sırrı Süreyya Önder, İzmir millət vəkili Ərtoğrul Kürkçü, İstanbul millət vəkili Sezai və keçmiş inkişaf naziri, İzmir millət vəkili Müslüm Doğan da iştirak ediblər.

Millət vəkilləri "Milliyet" qəzetinə faciə anları barədə danışıb:

"Partlayış başverən ərazidə idik, Üstüm insan parçaları ilə doldu. Havada bir qolun uçduğunu gördüm. Halbuki, hər şey çox gözəl idi. İnsanlar halay çəkirdi, sülhlə əlaqədar mahnılar söyləyirdi. Bu, alçaqca işlənən bir qırğındır".

Sirri Süreyya Önder də partlayış zamanı 20 ölən insanı gözüylə gördüyünü ifadə edib:

"Biri zəif, biri qüvvətli iki partlayış eşitdik. Hər tərəf cansız bədən və qopmuş üzvlərlə dolu idi. 20 ölən insanı gözümlə gördüm. Sürətlə partlamanın olduğu yerə döndüyümüzdə polisin kütləyə qaz sıxdığını gördük. Onları dayandırdıq. Hər tərəf cansız bədən və qopmuş üzvlərlə dolu, əllər, ayaqlar..."/qafqazinfo/

Xatırladaq ki, partlayış zamanı 96 nəfər ölüb, 186 nəfər isə yaralanıb. Yaralananlardan 46 nəfərinin vəziyyəti ağırdır.
379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<