Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

İstanbulda on min nəfərlik aksiya - Ərdoğana etiraz

Ankarada törədilmiş terror aktına etiraz əlaməti olaraq İstanbulda təşkil olunmuş aksiyada on min nəfər iştirak edib.

"Frans Press”in verdiyi xəbərə görə, aksiya zamanı təhlükəsizliyin təmin edilməsinə çoxlu sayda polis əməkdaşı cəlb edilib.

Məlumata görə, baş vermiş faciədə hakimiyyəti günahlandıran etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etiraz aksiyaları həmçinin İzmir, Batman, Diyarbəkirdə keçirilib. Diyarbəkirdə polis aksiyanın dağıdılması zamanı gözyaşardıcı qazdan istifadə etməli olub./apa/
565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber