Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Mandela ona "Liderim" deyə müraciət edirdi

Nelson Mandela Ali Dini Rəhbər Seyyid Əli Xameneiyə "Liderim" deyə müraciət edərdi. O, 27 illik həbsinin ardınca azadlığa çıxdıqdan sonra ilk səfərini İrana edir, - Tahahaber/Medyasafak.

Ali Dini Liderin beynəlxalq əlaqələr müşaviri Əli Əkbər Vilayəti Mandelanın bu səfəri haqda deyir: "Mandelanın İrana etdiyi səfərdə Ayətullah Xamenei ilə görüşərkən diqqətimi çəkən nöqtə Mandelanın görüş boyunca əziz rəhbərimizə mütəmadi "liderim" deyə xitab etməsi idi''.

Əli Əkbər Vilayəti Fars Xəbər Agentliyinə verdiyi müsahibədə anti-aparteid hərəkatının lideri və Cənub Afrika Respublikasının eks-prezidenti Nelson Mandelanın ölümünə toxunaraq, onun müstəmləkəçiliyə qarşı və Cənub Afrika xalqının azadlığı üçün verdiyi mübarizənin əhəmiyyətinə diqqət çəkib. O, Mandelanın irqçiliklə mübarizə sahəsində çox mühüm və daimi bir rol oynadığını söyləyib.

Vilayəti Nelson Mandelanın İran İslam Respublikası ilə olan yaxın və səmimi münasibəti haqqında yaşadığı mühüm bir xatirəsini belə açıqlayıb: "Mandelanın həbsdən çıxdıqdan sonra və prezident seçilməmişdən əvvəl səfər etdiyi ilk ölkə İran İslam Respublikası olmuşdur. Mandelanın bu səfərində Ali Dini Liderlə bir araya gəldikdə görüş boyunca əziz rəhbərimizə davamlı "liderim" deyə xitab etməsi diqqətimi çəkmişdi".

Vilayəti sözlərinə belə davam edib: "Mandela azadlıq mübarizəsi verdiyi və prezident seçildiyi dövrlərdə İran İslam Respublikası ilə çox səmimi əlaqələrə malik idi və həmçinin əziz rəhbərimizə də çox dərin bir sevgi bəsləyirdi"./deyerler/
1663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30