Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

Səudiyyə Ərəbistanı iqtisadi böhrana doğru

Səudiyyə Ərəbistanı kralı "iqtisadi qənaət" elan edərək, sosial yardımların azalması və ya təxirə salınması, yeni işə qəbulun dayandırılması, məmurlara maşın alınması və böyük layihələrin dayandırılması barədə qərar qəbul etdi.

Nur-az.com-un əl-Aləmə istinadlı məlumatına əsasən, kral Salman bin Əbdüləzizi buna neftin ucuzlaşması səbəbindən büdcədə yaranmış 20 %-lik kəsr vadar edib.
Rəy əl-yəvm qəzetinə məlumat verən Fars körfəzi ölkələri üzrə iqtisadçı ekspertlər bildiriblər ki, iqtisadi qənaət planının ən aşkar nümunələri kimi yanacaq, elektrik, su və başqa əsas tələbat mallarındakı subsidiyaların azalması, bəlkə də tam ləğvi, habelə müxtəlif dövlət rüsumlarının artırılmasıdır.
Bu tədbirlərin gələn il icra ediləcəyi gözlənilir.
İngiltərənin Guardian qəzeti isə, Ali-SÜQUT kralının ölkənin maliyyə nazirinə yazdığı 28.09.2015-ci il tarixli "xüsusilə məxfi" məktubu ifşa edib. Bu sənəddə ilin son üç ayında dövlət xərclərinin azaldılması tələb olunur.
Sərt qənaət tədbirlərinə bütün yeni tikinti layihələrinin təxirə salınması, istənilən iş üçün maşın və təchizatın alınmasının dayandırılması, bütün idarələrdə yeni işə qəbul və işçilərin vəzifələrinin yüksəldilməsinin dayandırılması və s. daxildir.

Dünya bazarında bir barrel neftin qiymətinin 50 dollardan aşağı düşməsi nəticəsində, iqtisadiyyatının 90 %-i neftdən asılı olan Ərəbistanın neft gəlirini yarıya qədər azaltdı. Bəziləri Ərəbistanın büdcə kəsrini 130 milyard dollar proqnazlaşdırırlar. Çünki neftin bir barreli büdcədə 90 dollardan hesablanmışdı.
Bununla da bitmədi. Ərəbistanın səhm bazarında da son 1 ildə 30 % azalma müşahidə olundu. Səud rejimi büdcə kəsrini qapamaq, xüsusilə Yəmən və Suriyadakı ağır müharibə büdcələrini ödəmək üçün 670 milyard dollar təxmin edilən ehtiyyat büdcəsindən 75 milyard dollar götürməli oldu.
Bundan öncə isə, kral Salman o qədər "ürəyi yumşaq" idi ki, yanvar ayında taxta çıxanda dövlət işçilərinə təqribən 30 milyard dollar mükafat vermişdi. Habelə o, Atom Elektrik Stansiyası tikmək üçün 20 milyard dollarlıq və silah almaq üçün də bir o qədərlik müqavilə imzalamışdı. Yəqin ki, bundan sonra belə ağır məbləğlərin xərclənməsinə şahid olmayacayıq.
477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15
"Nardaran işi&qu