Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

Suriya ordusu Həma vilayətinin şimalındakı Kın vadisini azad edib

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Həma vilayətinin şimalında yerləşən Kın vadisini terrorçulardan azad edib.

"Report" xəbər verir ki, bu barədə Suriya ordusu Siyasi İdarəsinin İnformasiya şöbəsinin rəisi general Samir Süleyman məlumat verib.

"Həma vilayətinin şimalında yerləşən kiçik Kın vadisi tam olaraq azad edilib. Burada onlarla yaşayış məntəqəsi yerləşir. Yaraqlılar bizim təzyiqimiz altında onları tərk ediblər", - deyə general bildirib.

Süleymaninin sözlərinə görə, vadinin ərazisi "Əl-Qaidə" terror təşkilatının Suriyadakı qanadı olan "Cəbhat ən-Nüsra" silahlılarının nəzarəti altında olub. O qeyd edib ki, hücum Rusiya aviasiyasının zərbələrindən sonra mümkün olub. Generalın sözlərinə görə, Rusiya təyyarələri terrorçuların Kın vadisi və böyük Cisr-əş-Şuqur şəhərində yerləşən silah anbarı və bazalarını məhv edib.

Cümə günü Dəməşq Rusiyanın dəstəyi ilə qazanılan ilk qələbə barədə məlumat yayıb. Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Hama vilayətinin Əl-Baxsa yaşayış məntəqəsini terrorçulardan azad edib.
423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03