Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

İŞİD-in 800-dən çox internet istifadəçisi Səudiyyədədir

Bir neçə səudiyyəli fəal "milli spam" kompaniyası təşkil edərək, təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) ideologiyasını yayan 300-dən çox internet istifadəçisinin sosial şəbəkələrdəki hesablarını bağlamağa müvəffəq olmuşlar.

Nur-az.com-un Shia News agentliyinə istinadlı məlumatına əsasən, kompaniya təşkilatçıları iddia edirlər ki, İŞİD-in xəbər, foto və videolarını yayımlayan və müəyyən şəxslərə qarşı təhdidlər səsləndirən internet istifadəçilərini tapıb şikayət edirlər və bir müddət sonra o hesabları bağlatdırmağa müvəffəq olurlar.
Əl-Vətən qəzetinə müsahibə verən texnologiya eksperti və sosial şəbəkələr üzrə müşavir Əmmar Məhəmməd deyib: İŞİD öz qruplaşmasına cəlb edilmiş bir çox ərəbistanlı və digər ərəb ölkələrindən olan şəxsi öz çirkin planlarını həyata keçirmək məqsədilə fəaliyyət göstərməyə əmr edir.

Kompaniyadan verilən məlumata əsasən, bu istifadəçilərin bir çoxu məşhur media rəsmiləridirlər.
Bu sosial şəbəkə istifadəçiləri dövlət idarələrinə və yaşayış məntəqələrinə hücum etmək barədə, Səudiyyə polisinin ad, məlumat və fotolarını internetdə yayır və onlar əleyhinə təbliğat aparırlar.
Ə. Məhəmməd bildirib: İŞİD İraq neftindən cibinə yığdığı sərvətlə bütün imkanlarını səfərbər edib ki, virtual aləmdə bütün dillərdə qlobal bir hökmranlıq əldə etsin. Bu məqsədlə könüllü və mütəxəssis qruplaşmalar cəlb edir ki, bu terrorçu qruplaşma üçün təbliğat aparsınlar.
O deyib: Səudiyyə Ərəbistanında 866, Suriyada 507 və İraqda 453 internet istifadəçisi İŞİD üçün təbliğat aparırlar.
400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34