Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

İranın himayəsi nəticəsində İŞİD Kazimeynə daxil ola bilməyib!

Nur-az.com shia-news.com-a istinadən:
İraq parlamenti “Bədr” fraksiyasının nümayəndəsi Məhəmməd Naci bildirib ki, paytaxtın təhdid edildiyi bir zamanda İranın himayəsindən sonra İŞİD-in Kazimeynə təcavüzünün qarşısı alındı. Halbuki bu terrorist ünsürlərin şəhərə daxil olmağına təkcə 15 km qalırdı və İranın vaxtında yardımı nəticəsində buna icazə verilmədi. Biz İranın ölkəmizə göstərdiyi təşəbbüsü tam səmimiyyətlə qarşılayırıq və başqa ölkələrə nisbət bu işdə sadiqliyinə əminik. İŞİD terrorist qruplaşması ötən ilin yayından Suriya istiqamətindən sərhədlərimizi aşaraq ölkəmizin ərazilərinə təcavüz etməklə bir çox məntəqələri işğal etdilər. Onların qarşısını almaq məqsədilə Amerika tərəfindən təşkil edilən koalisiyanın fəaliyyətindən bir il ötməsinə baxmayaraq hələ də, diqqətəlayiq bir nəticə görünməyib. O zamandan bu tərəfə bu qruplar Qərb və Ali-Səud kimi region himayədarlarının maddi və hərbi vəsaitlə təmini nəticəsində Suriya və ölkəmizdə olmazın cinayətlər törədiblər, hər iki ölkəyə dəyəri məlum olmayan dərəcədə xəsarət vurublar. Odur ki, bu böyük miqyasda yaranan problemin həlli yolunda yaxın vaxtlarda Rusiya, Suriya, İran və İraq tərəfindən təşkil edilən birgə əməkdaşlığı tamamilə müsbət qarşılayırıq.
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı