Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2015

Əbubəkr əl-Bağdadi ölüm-dirim arasında

Təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) lideri Əbubəkr əl-Bağdadi ağır yaralanıb.

Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, bu barədə İraq müştərək əməliyyatlar komandanlığının sözçüsü Yəhya Rəsul məlumat verib.
İraq ordusu bu barədə bəyənat verib: Bu əməliyyat dəqiq məlumat əldə edildikdən sonra, Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib. Əməliyyat Suriya sərhədinə yaxın əl-Kirabilə məntəqəsində baş verib. Bu məntəqədə İŞİD komandirlərinin iclası olacaqmış. İraq HHQ İŞİD-in buradakı qərərgahını da bombalayıb. Bu əməliyyatda İŞİD-in nəzərə çarpacaq qədər səhra komandirləri cəhənnəmə göndərilib. Lakin Bağdadinin aqibətindən dəqiq məlumat yoxdur.
Buna baxmayaraq, Reuters agentliyi xəstəxanadakı mənbələrə və iraqlı şahidlərə istinadla xəbər verib ki, İŞİD karvanına hücumu zamanı bir neçə İŞİD komandiri öldürülüb. Lakin Əbubəkr əl-Bağdadi öldürülənlər arasında deyil.
408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı