Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2015

NATO-nun Kabildə 5 əməkdaşı ölüb

Əfqanıstandakı NATO koalisiyası bildirir ki, iki Britaniya hərbçisi daxil olmaqla, 5 əməkdaşı Kabildəki qərargahda vertolyot qəzasında həlak olub. Qəza “qeyri-düşmən” şəraitində baş verib.

Oktyabrın 11-də baş vermiş insidentdə beş nəfər də yaralanıb. Hazırda insident araşdırılır.

Həlak olanların və yaralıların milliyyəti açıqlanmayıb. Sadəcə, Britaniya iki hərbçinin öldüyünü bildirib, bunun bir qəza olduğunu təsdiqləyib./azadliq.org/
345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber