Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2015

Türkiyədə gərgin gecə: 2 hərbçi öldü

Ötən gün Türkiyədə 2 hərbçinin və 1 polis əməkdaşının ölməsi ilə nəticələnən terror hadisələri baş verib. İlk hadisə Ərzurum vilayətində PKK-ya qarşı aparılan əməliyyat zamanı baş verib. Ərzurumun Şenkaya rayonu ilə Ərdaxanın Göle rayonlarının sərhəddində PKK ilə hərbçilər arasında atışma baş verib. Atışmanın ilk anında Türkiyə Silahlı Qüvvələrinin (TSK) mənsubu olan 2 əsgər ölüb.

Növbəti hadisəsi isə gecə saatlarında Diyarbəkirdə baş verib. Vilayətin Ergani rayonunda PKK-nın polis avtomobilinə hücum etməsi ilə tərəflər arasında atışma baş verib. İnsident zamanı polis əməkdaşlarından biri yaralanıb. Digər polislərin yardımı ilə xəstəxanaya çatdırılan yaralı polisin həyatını xilas etmək mümkün olmayıb.
397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber