Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2015

Miokardit ürək çatışmazlığına səbəb ola bilər

Miokardit zamanı ürəyin əzələsi iltihablaşır və bunun nəticəsində ürəyin əsas funksiyaları pozulur.
Miokarditin bəzi ağır formalarında insan tez bir zamanda həlak ola bilər.
Müasir zamanda miokard uğurla müalicə olunur və xəstədə daha sonra heç bir fizioloji və morfoloji ağırlaşmalar inkişaf etmir. Lakin digər xəstəliklərdə olduğu kimi, miokarditin diaqnozu vaxtında qoyulmalı və xəstəyə düzgün müalicə təyin edilməlidir ki, miokarditin fonunda ağır ürək xəstəlikləri inkişaf etməsin.
Miokarditin ilk simptomları arasında:
- Hal-əhvalın tez-tez dəyişilməsi, əsəbilik, yuxunun pozulması
- Tez yorulma
- Tərləmənin artması
- Taxikardiya, ürək ritminin pozulması (ürək gah tez-tez, gah yavaş-yavaş vurur, gah da sanki dayanır).
- Ürək nahiyəsində ağrılar. Bir çox digər ürək xəstəliklərindən fərqli olaraq belə ağrılar fiziki yükləmədən sonra deyil, adi vəziyyətdə inkişaf edir.
- Təngnəfəslik
- Bədən hərarətinin qalxması
Nəzərinizə çatdıraq ki, bəzən miokarditin simptomları çox cüzi olur və insan onlara fikir vermir. Bu isə çox təhlükəlidir.
Miokardit bir çox hallarda infeksion xəstəliklərdən sonra (kəskin respirator virus infeksiyası, qripp və s.) inkşaf edir. Bu səbəbdən belə xəstəlikləri düzgün müalicə etmək lazımdır. Əgər belə infeksiya keçirmiş insanda sağalandan bir müddət sonra yuxarıda sadaladığımız simptomlar (zəiflik, halsızlıq, taxikardiya, ürək nahiyəsində ağrılar və s.) inkişaf edərsə, bu halda miokarditdən şübhələnmək olar.
Orqanizmdə olan xroniki infeksiya ocaqları da (xroniki tonzillit, paradontit, karies və s.) miokarditin inkişafına səbəb ola bilər. Belə ocaqlarda olan balteriyalar qan axını ilə ürəyə düşə bilər və burada iltihab yarada bilər. Xroniki infeksiya ocaqlarını mütləq və vaxtında müalicə etmək çox vacibdir. Bu tək miokarditin deyil, bir çox digər ciddi xəstəliklərin qarşısını alır.
Miokardit bəzi dərman preparatlarına, vaksinlərə və s. maddələrə qarşı allergiya reaksiyaların nəticəsində inkişaf edə bilər.
Arsen, civə və s. kimi zəhərli maddələrin orqanizmə uzun müddət ərzində təsiri miokarditin inkişafına gətirib çıxarda bilər.
Spirtli içkilər miokarda toksiki təsir edir və bu səbəbdən alkoqolizmdən əziyyət çəkənlərdə də miokardit inkişaf edə bilər.
Miokardit orqanizmdə gedən autoimmun xəstəliklərin fonunda inkişaf edə bilər.
Bəzən xəstəliyin səbəbini aşkar etmək mümkün olmur.
Xəstəliyin müalicəsi onun səbəbindən, xəstəliyin ağırlığından, fəsadların inkişaf edib-etməməsindən asılıdır. Yüngül formalarda miokardit ambulator şəraitində, daha ağır formalarda isə xəstəxana şəraitində müalicə olunur.
Vaxtında müalicə olunmadıqda miokardit kardiosklerozun, ürək çatışmazlığının, qazanışmış ürək qüsurun inkişafına səbəb olur./Saglamolun/
496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber