Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Leyla Yunus: “Bu, məhkəmə deyil, sirkdir”

Hüquq müdafisəçisinin apelyasiya şikayətinə baxılır

Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun telefon danışıqlarına görə görüşlərinə oktyabrın 7-dən qadağa qoyulub. Bu barədə Leyla Yunus özü bu gün Bakı Apellyasiya Məhkəməsində zala gətirilərək şüşə kabinəyə salınana qədər proses iştirakçılarına məlumat verib. Əl ağacı vasitəsilə çətinliklə gəzən hüquq müdafiəçisi bildirib ki, ona qarşı bu qadağa Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov və Səhiyyə Nazirliyinin əməkdaşı Murad Məmmədovun göstərişilə həyata keçirilir.

Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun apellyasiya şikayətinə hakim Vüqar Məmmədovun sədrliyilə baxılır.


Hakim işə baxan digər hakimləri, dövlət ittihamını müdafiə edən prokuror Hafiz İmranovu təqdim edərək, Yunuslardan, eləcə də onların vəkillərindən etirazları olub-olmadığını soruşub.

Arif Yunus bildirib ki, vəziyyəti yaxşı deyil, bu səbəbdən heç məhkəmədə baş verənləri dərk eləmir: “Özümü çox pis hiss edirəm, nə danışdığınızı bilmirəm”.

“Bizdə məgər normal məhkəmə, hakim və ya prokuror var ki? Hamısı eynidi”, – deyə Leyla Yunus bildirib.

Hüquq müdafiəçisi həmçinin Şöhrət Allahmanovun məhkəmədə zərərçəkmişin nümayəndəsi qismində iştirakına etiraz edib: “Zərərçəkmiş tərəf yoxdursa, o necə zərərçəkmişin nümayəndəsi ola bilər? O kimi təmsil edir burada? “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin sədri Rəna Səfərəliyeva da, cəmiyyətin idarə heyətinin üzvləri də birinci instansiya məhkəməsində bildirdi ki, mənə qarşı hər hansı tələbləri yoxdur, heç bir maddi ziyan çəkməyiblər. İndi bu adamı burada zərərçəkmişin nümayəndəsi kimi oturtmaq saxtakarlıqdır. Onun burada iştirak etmək hüququ yoxdur. Mən buna etiraz edirəm”.

Hakim bildirib ki, etiraz yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır: “Müdafiəçilərinizlə danışıb, hazırlayıb təqdim edərsiz”.

Daha sonra hakim apellyasiya şikayəti barədə məlumat verib. Bu zaman məlum olub ki, şikayətin rus dilinə tərcüməsi Leyla Yunusa verilməyib. Rus dilində apellyasiya şikayəti məhkəmədə hüquq müdafiəçisinə təqdim olunub.

Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin onun və həyat yoldaşının haqqında çıxartdığı hökmə etiraz edib: “O saxta hökmü mən görmüşəm. Orada yazılanlar qətiyyən mənim əməllərimə uyğun deyil”.

Hakim Leyla Yunusa icazəsiz danışmağı irad tutub. Hüquq müdafiəçisi də öz növbəsində belə cavab verib: “Əgər bizdə məhkəmə olsaydı, başqa məsələ. Axı bu, məhkəmə deyil, sirkdi. Apellyasiya şikayəti mənə niyə məhkəmə günü təqdim olunur? Onsuz da sizə artıq zəng eləyib, qərarı deyiblər. Heç olmasa, formal prosedurlara əməl eləyin”.

Hakim Vüqar Məmmədov elan edib ki, Leyla Yunusa apellyasiya şikayətilə tanış olub, fikrini bildirməsi üçün ilkin baxış iclası 15 oktyabr saat 15.00-a qədər təxirə salınır.
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11
Hacı