Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

PKK-dan yeni hücum: 1 ölü, 4 yaralı

Türkiyənin Şırnak əyalətində əməliyyatdan qayıdan əsgərlərə qarşı hücum təşkil edilib.

Hücumda bir əsgər ölüb, 2 əsgər və 2 meşəbəyi yaralanıb.

Verilən məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən Cudi dağındakı PKK təşkilatına aid mövqelərə əməliyyat təşkil edilib. Əməliyyatdan sonra öz mövqelərinə qayıdan əsgərlərə PKK iri çaplı silah və raketlərdən hücum edib.

Əsgərlərin qarşılıq verməsi ilə baş verən atışmada yaralananlar xəstəxanaya yerləşdirilib. Təcili müdaxiləyə rəğmən ağır yaralanan bir əsgərin həyatını xilas etmək mümkün olmayıb.
521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber