Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

Oktyabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur səhər və axşam 12-15°, gündüz 15-19° , Bakıda səhər və axşam 12-14°, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq.
Temperatur gecə 4-9°, gündüz 15-19° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.
Temperatur gecə 7-12°, gündüz 15-20° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-5° olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 7-12°, gündüz 15-20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Səhər dağlarda duman olacaq.
Temperatur gecə 8-12°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaq./milli.az
1636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:39