Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

İraqdan İŞİD açıqlaması

Mosul şəhərinin terrorçulardan azad edilməsi istiqamətində hərbi hazırlıqlar gedir.

Bunu İraqın Ərbil şəhərində yaşayan Türkman İnkişaf Partiyasının (Türkman Kalkınma Partiyası) üzvü Riyaz Dəmirçi bildirib.

Onun sözlərinə görə, Bağdad hökuməti ilə Kürdüstan rəhbərliyi Mosulun işğaldan xilası üçün əməliyyatlar həyata keçirəcək.

R.Dəmirçi Mosul şəhərində acınacaqlı vəziyyət hökm sürdüyünü qeyd edib:

“Nə iş var, nə maaş verilir, nə də pul. Onların vəziyyəti çox pisdir. İŞİD şəhərə nəzarət edir və bütün dövlət işləri dayandırılıb. Biz Mosula gedə bilmirik”.

TKP üzvü İŞİD-in Bağdada girməsi ehtimalını mümkünsüz sayır. Onun fikrincə, Bağdad ətrafında güclü mühafizə və hərbi qüvvələr yerləşdirilib.

Kərkük şəhərinə gəlincə, peşmərgə bu ərazilərə nəzarət edir. Dəmirçi söyləyib ki, Mosuldan əlavə Ramada şəhəri də terrorçuların əlindədir.

Xatırladaq ki, Mosul şəhəri bir ildən çoxdur İŞİD-in işğalı altındadır. Terror təşkilatı Suriyada Rakka şəhəri kimi Mosulu da İraqda paytaxtı elan edib./axar/
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.1