Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Hillari Klinton: «Mən insan deyiləm»

ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klinton son çıxışlarının birində insan yox, robot olduğunu deyib.

Bu cavab jurnalistlərin Klintona neçə saat çıxış etməsindən asılı olmayaraq niyə heç vaxt tərləmədiyi barədə sualından sonra ortaya çıxıb. Sualı eşidən Klinton media əhli ilə zarafatlaşmaq qərarına gəlib: «Əvvəla demək istəyirəm ki, mən insan deyiləm, Palo-Altodakı (Kaliforniya) qarajda yığılmış robotam».

Klinton daha sonra ciddi cavaba keçərək əlavə edib ki, uzun çəkən çıxışlar zamanı tərləməməsi orqanizminin fərdi xüsusiyyətli olmaqla yanaşı, həm də özünün çoxillik təcrübəsi ilə bağlıdır.
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02