Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Deputatı kənddə "lapatka" ilə qarşıladılar: "Rədd ol, burdan"

Qaxdan deputat seçilən Azər Kərimli rayona gələr-gəlməz şok olayla qarşılaşıb. 5 ildir deputat olan və Qaxa yalnız seçkidən-seçkiyə gələn Azər Kərimliyə nifrət pik həddə çatıb. Bu haqda sayta yerli sakinlər məlumat verib.

Belə ki, dünən Qaxın Əlibəyli kəndinə görüşə gedən deputatı yerli sakinlər "lapatka" ilə qarşılayıblar. Əsasən gürcülərin yaşadığı kənd kimi tanınan Əlibəyli kənd sakinləri deputata: "Bizim sənin kimi deputatımız yoxdur, sən bu kəndə girməyəcəksən, rədd ol burdan" deyərək Azər Kərimlini kənddən qovublar.

Deputatı görüş zamanı müşaiət edən icra hakimiyyətinin nümayəndələri və bələdiyyə sədri işə qarışıb, əhalini sakitləşdirə bilib. Azər Kərimlinin isə seçiciləriylə görüşmək planı baş tutmayıb.

Qeyd edək ki, Azər Kərimli bu dəfə də namizədliyini 112 saylı Qax seçki dairəsindən verib./azxeber/
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP