Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Türkiyədə qarşıdurma – Polis «dubinkaya» əl atdı

Türkiyədəki 10 oktyabr terroruna etiraz olaraq bu gün Ankara və İstanbulun bir neçə bölgəsində aksiyalar təşkil olunub.

Etirazçılar Kadıköydə, Sirkəcidə, Bəyazıt meydanında və Cərrahpaşa Xəstəxanası yaxınlığında toplaşıblar.

Xəstəxananın bağçasında polislə etirazçılar arasında qarşıdurma olub. Aksiyaçıların dirəniş göstərdiyini görən polis dəyənəyə əl atıb və gozyaşardıcı qazdan istifadə edib.

Polis səsgücləndirici ilə aksiyaçıları dağılmağa çağırsa da, etirazçılar geri çəkilmir. Gərginliyin davam etdiyi bildirilir.

Polislə aksiyaçılar arasında növbəti insident Bəyazıt meydanında yaşanıb. Polis hakimiyyətə etiraz edən aksiyaçılarla əlbayaxa olub. 23 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, ilkin versiyaya görə, Ankaradakı qanlı terroru İŞİD üzvü olan iki «canlı bomba» törədib.




600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.