Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Putin ABŞ-ı ittiham etdi: «İŞİD-ə məxsus hədəfləri bizə təqdim etmirlər»

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Suriyadakı hərbi əməliyyatlarda Moskva ilə əməkdaşlıq etməməkdə ittiham edib.

Putin ABŞ-ın Rusiyanın İŞİD hədəfləri ilə bağlı heç bir sualını cavablandırmadığını bildirib: "Rusiyalı hərbiçilərin İŞİD-i yox, Suriya müxalifətini hədəf aldığını iddia edirlər. Biz onlardan rəsmi səviyyədə İŞİD mövqeləri ilə bağlı məlumat istədik. Dedik ki, bizə İŞİD-ə məxsus olduğununa 100 əmin olduqları hədəfləri təqdim etsinlər. «Yox» dedilər. Dedik, o zaman hara vurmalı olduğumuzu deyin. Yenə cavab vermədilər. Bu halda necə birgə əməkdaşlıq etmək olar?!».

Hələlik Putinin bu bəyanatına ABŞ-ın da iştirak etdiyi beynəlxalq koalisiyadan cavab gəlməyib.

Rusiya prezidenti ABŞ-ın Suriya müxalifətini növbəti dəfə silah-sursatla təmin etməsinə də toxunub. Onun fikrincə, bu silahlar İŞİD-in əlinə keçə bilər. Üstəlik bununla bağlı ortada acı təcrübə də var: «ABŞ bəyan edir ki, bu silah-sursat "Azad Suriya Ordusu" üçündür. Hardadır bu ordu? Bu silahlar yenidən İŞİD-in əlinə keçməyəcək ki?!».
790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib