Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

ABŞ eksperti: “Obama müsəlman dünyasına fəlakət gətirdi”

Tarixçilər Obamanın fəaliyyəti ilə bağlı bir çox məqamları aydınlaşdırmalıdırlar.

Bu sözlər ABŞ-ın İrs Fondunun eksperti Ceyms Karafanonun “Nəşinəl İnterest” jurnalındakı yazısında yer alıb. Onun sözlərinə görə, Obama ABŞ tarixinin ən pis ali baş komandanlarından biridir:

“Belə bir fikir var ki, Amerika artıq Yaxın Şərqdə genişmiqyaslı hərbi kampaniya aparmır. İraqdan ordu tam geri çəkilib, Əfqanıstanda isə bu ordu hissə-hissə azaldılır. Maraqlı məqam ondan ibarətdir ki, bu qərarların heç biri müharibələri sona gətirmədi. İraqda müharibə davam edir. Bu, Yaxın Şərq dövləti Obamanın prezident olmasından əvvəl daha güclü idi. Əfqanıstana gəlincə isə Amerika ordusu burada əvvəlki kimi təyyarələrini uçurdur və insanlar ölür. ABŞ Mərkəzi Komandanlığı, Pentaqon, əfqanlar, Pakistan, Hindistan və NATO-dakı müttəfiqlərimiz müharibənin qurtarmadığı üçün orduların buradan getməsini istəmirlər. Bəs indiki vəziyyət sülhü əks etdirirmi? Sülh Liviyada da yoxdur. Ağ Ev öz məqsədinə çatıb Qəzzafini devirsə də sülhü təmin edə bilməyib. Obamanın strategiyası işləmədi. Liviyada artıq xaos hökm sürür”.

Politoloq məhz Obamanın dünyada daha çox insanın öldüyünü bildirib:

“Usama Ben Laden ölüb, Əl Qaidə növbəti hədəfdir, İŞİD həvəskarlar komandasıdır frazaları Obamanın dilindən düşmür. Prezident yalnız Ben Ladenin ölümü ilə bağlı haqlı idi. Həm Əl Qaidə, həm də ki İŞİD hər keçən gün öz sıralarını genişləndirirlər. Obama Amerika ordusunun maraqlarını ən pis müdafiə edən şəxsdir”./axar/
549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55