Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Türkiyənin sərhədlərinə doğru qaçmaların sayı artır!

Nur-az.com shia-news.com-a istinadən:
Suriya və Rusiya quru və hava qoşunlarının terrorist qrupların mövqelərinə hücumları şiddətləndikcə onların Türkiyənin sərhədlərinə doğru qaçaraq məntəqələri tərk etmələri kütləvi şəkil alıb. Artıq İŞİD-lə əl-Qaidənin ünsürləri ağır zərbələr alaraq Riqqə, Həma, İdlib, Hələb və Hums vilayətlərini yavaş-yavaş tərk edirlər. Suriya qoşunlarının rəsmi xəbər katibi bildirib ki, son hücumlardan sonra artıq bir çox vilayətlərdə böyük ərazilər azad olunub, xüsusilə Hələb ətrafı döyüşlərdə terroristlərin komandirlik qərargahları, silah-sürsat və təchizat anbarları və çoxlu sayda hərbi texnikası məhv edilib. Son vəziyyətlə əlaqədar Rusiya müdafiə nazirliyi məlumat bürosunun verdiyi xəbərə görə, ötən 24 saat ərzində hava qoşunları Suriyanın dörd vilayətində 55-ə yaxın uçuş əməliyyatı həyata keçirmiş, İŞİD-in, o cümlədən, terrorist qrupların mühüm mövqelərinə zərbələr endirilmiş və 53-ə yaxın hərbi düşərgələri dağıdılmışdır.
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı