Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

İnqilabçı səfir seçkiləri təxira salmağa çağırdı

Arif“Azərbaycan xalqı bu şəraitdə keçirilən seçkilərin nəticəsini tanıya bilməz”

Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədovun elan etdiyi “Ağ qərənfillər” hərəkatı 1 noyabr parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Beynəlxalq təşkilatların, o cumlədən Avropa Şurası (AŞ) Venesiya Komissiyası və ATƏT-in seçki məcəlləsində dəyişiklər edilməsi zəruriyyəti ilə bağlı təkliflərinin nəzərə alınmamasını,


– MSK-nın tərkibində, dairəvi və yerli seçki komissiyalarında hər hansı bir zəruri dəyişikliklərin edilməməsini,

– Ölkədə Beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş 90-a yaxın siyasi məhbus hələ də azadlıqdan məhrum edilmiş və onların azad olunmasına dair heç bir addımın atılmamasını,

– O cümlədən, İlgar Məmmədov, Xədicə Ismayıl, Anar Məmmədli, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərov, Həsən Hüseynli, Rauf Mirkadırov, Ömər Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, Nicat Əliyev, Araz Quliyev, Pərviz Haşımlı, Seymur Həzi, Hilal Məmmadov, Taleh Xasməmmədov kimi həm ölkə daxilində və həm də dünya səviyyəsində tanınmış şəxslərin qeyri qanuni olaraq azadlıqdan məhrum edilmələrini,

– Beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Avropa Məhkəməsi, Avropa Şurası Nazirlər Komitəsi, ATƏT, Avropa Parlamenti və eyni zamanda Avropa İttifaqı siyasi rəhbərliyi tərəfindən adı çəkilən şəxslərin dərhal azadlığa buraxılmasına dair qəbul edilmiş qətnamələrə və qərarlara əməl edilməməsini,

– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Parlamenti tərəfindən seçki prosesini müşahidə etməkdən imtina etmələrini,

– Ölkənin aparıcı müxalifət cəbhəsini formalaşdıran Milli Şura və onun ayrılmaz hissəsi olan AXCP tərəfindən seçkiləri boykot etmələrinə dair qərarın qəbul edilməsini,

– Bir çox dindarlarımızın sərbəst etiqat azadlığı pozularaq saxta ittihamlarla azadlıqdan məhrum edilmələrini,

– Ölkə daxilində ümumiyyətlə seçki qabağı mühitin hiss olunmamasını, – Xalqımızın bir çox siyasi və ictimai xadimlərinin və demokratik düşünən insanlarının məcburiyyət qarşısında xarici ölkələrdə siyasi sığınacaq alaraq vətənə qayıda bilməməsini nəzərə alaraq

AĞ QƏRƏNFİLLƏR HƏRƏKATI:

1. Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixli qətnaməsini dəstəkləyir,

2. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Parlament Assembleyası, ATƏT və Avropa Parlamentinin seçki prosesini müşahidə etməkdən imtina etməsini dəstəkləyir,

3. Bütün siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını tələb edir,

4. Avropa Parlamentinin 10 sentyabr 2015-ci il qətnaməsinin 23-cü bəndində əsas tutaraq AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərmək qərarını yenidən nəzərdən keçirməsini dəvət edir,

5. Seçki-qabağı təşviqat kompaniyasının qeyri demokratik bir şəraitdə və Azərbaycan Konstitusiyasının pozuntusuyla keçirilməsini nəzərə alaraq seçkilərin belə bir şərayitdə keçirilməsini qeyri qanuni hesab edir və baykota cağırır,

6. Demokratik seçki üçün tələb olunan şərtlər formalaşdırılana kimi seçkilərin təxirə salınmasını tələb edi”./azadlıq/
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02