Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

"Suriyadakı böhranı islamdaxili qarşıdurma kimi vermək təhlükəlidir"

"Suriya və İraqdakı hazırkı böhranı islamdaxili qarşıdurma kimi qələmə vermək yolverilməz və təhlükəlidir, mübarizə terrorçuluğa qarşı aparılır".
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Rusiya XİN-nin rəhbəri Sergey Lavrov bildirib.

“Həmkarlarımız bizə deməyə çalışırlar ki, Suriyada böhranın uzanmasının və hazırda sünniləri özünə maqnit kimi çəkən İŞİD-in yaranmasının səbəbi yalnız ondadır ki, guya, ələvilər sünnilərə qarşı güc tətbiq edir, hakimiyyəti vermək istəmir. Bu, vəziyyəti izah etmək üçün çox təhlükəli cəhdlərdir”, - deyə Lavrov NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Con Kerri və avropalı tərəfdaşlarla danışıqlarında münaqişəni islamdaxili qarşıdurma kimi qələmə vermək cəhdlərinin yolverilməz olduğunu qeyd edib.

“Biz hamımız terrorla mübarizə aparırıq – bunu prezident Putin də qeyd edib”, - deyə Lavrov vurğulayıb./apa/
477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP