Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

“Toyota” avtomobilləri Suriyaya ABŞ və ingilislər tərəfindən göndərilib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Suriyadakı hava əməliyyatları haqda fikirlərini bölüşüb.

Nazirlik sözçüsü ölkəsinin əsas maraqlarından birinin Suriya ərazi bütövlüyünün qorunması olduğunu deyib:

“Rusiyanın Əsədi dəstəkləməsi ilə bağlı çoxlu tənqidlər eşidirik. Çünki Suriyada terrorizmin yayılmasının əsas səbəbi Əsəd imiş. Bir müddət öncə Rusiyanın Əsədi dəstəkləməsinə münasibət bildirdik. Biz onu dəstəkləmirik. Ancaq bizim üçün Suriyanın ərazi bütövlüyünün qorunması əhəmiyyətlidir. Əsəd gedərsə, terror hadisələrinin də azalacağını deyirlər. Onların fikrincə, İŞİD Əsədə görə savaşır. Bu məntiq sizi tam olaraq terrorçuların istədiklərinin reallaşmasına aparacaq. Bunu başqa şəkildə şərh etmək mümkün deyil”.

Xanım Zaxarova ABŞ-ın səsləndirdiyi tənqidlərə də münasibət bildirib. Rusiya rəsmisi Vaşinqtonun İŞİD hədəflərini Xəzər dənizindən vurulması zamanı bəzi raketlərin İran və İraq ərazisinə düşməsi ilə bağlı “nağıl” uydurduğunu deyib. Onun fikrincə, ABŞ bu xəyalları uydurmaq əvəzinə İŞİD-ə verdiyi “Toyota” markalı avtomobillər haqda düşünməlidir:

“Hər kəs “Toyota” markalı avtomobillərin İŞİD-in əlinə necə keçdiyini bilmək istəyir. Bu sualın cavabını nə İŞİD ərazilərində, nə də Yaponiyada axtarmaq lazımdır. “Toyota” avtomobilləri Suriyaya ABŞ və ingilis həmkarlarımız tərəfindən göndərilib”./axar/
458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber