Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

Suriyadan çıxması üçün Putinə 400 milyard dollar rüşvət təklif olunur

Fars körfəzi ətrafında yerləşən ərəb ölkələri Rusiyaya Dəməşqdən çıxmaq üçün 400 milyard dollar rüşvət təklif edib.

Bu barədə İraqın “əl-Nəxil” İnformasiya Agentliyinin müdiri Məhəmməd Əli əl-Həkim Təsnim xəbər agentliyinə müsahibəsində deyib:

“Ərəbistan, Qətər, Türkiyə və BƏƏ Rusiya prezidenti Vladimr Putinə 400 milyard dollar müqabilində İran, Suriya və İraq koalisiyasını tərk etməsini təklif ediblər. Çünki, bu koalisiya ABŞ və Fars körfəzi ətrafında yerləşən ölkələrin regionla bağlı bütün planlarını alt-üst edib”.

əl-Həkim bildirib ki, İraq, Yəmən və Suriyada öz nüfuzunu itirən Ərəbistan yeni yaranan koalisiya ilə mübarizə aparmayacağı təqdirdə, Səudiyyə şahzadələri arasında da iqtidar üstündə çəkişmələrin artmasından narahatdır.

Bu isə ölkə daxilində vəziyyətin gərginləşdirə bilər. Buna görə də bu ölkənin özü Rusiyaya rüşvətin ödənilməsi layihəsinə başçılıq edəcək.

Məhəmməd Əli əl-Həkim bildirib ki, bu təklifin Rusiya tərəfindən qəbul edilməməsi, digər tərəfdən isə İraqın baş naziri Heydər əl-İbadinin rusları İraqda İŞİD terrorçularını hədəfə almağa dəvət etməsi Səudiyyə Ərəbistanını xeyli qəzəbləndirib.
2403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP